Saytımızı qiymətləndirin


 
 

Şeyx Cənubi Qafqazda sülhə çağırış etdi
Tarix: 02-05-2024 | Saat: 10:21
Bölmə:Karusel / Gündəm | çapa göndər

Şeyx Cənubi Qafqazda sülhə çağırış etdi

Azərbaycan Cənubi Qafqaz regionunun ümumi tərəqqisinə xidmət edən perspektivli iqtisadi layihələrlə çıxış edir.

 

Qarabaqinfo.az xəbər verir ki, bunu Qafqaz Müsalmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Mədəniyyətlərarası Dialoq Forumunda “Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq” adlı plenar sessiyada çıxışı zamanı deyib.

 

“Təəssüflər olsun ki, Azərbaycanın bu səyləri ilə eyni vaxtda, Ermənistanda hələ də revanşizm, nifrət çağırışları səslənir. Separatizmi qızışdıranlara, revanşist təbliğat aparanlara, hərbi yardım vəd edən havadarlara bel bağlayaraq mürtəce planlar cızanlara xitabən bəyan etmək istəyirəm ki, xülyalara aldanıb öz xalqlarına yeni faciələr yaşatmasınlar. Unutmasınlar ki, bir yumruq kimi birləşmiş Azərbaycan xalqı, müstəqil, suveren Azərbaycan dövləti hər zaman bütün təhdidlərin öhdəsindən gəlmək iqtidarındadır”, - o əlavə edib.



Xəbəri paylaş

161 dəfə oxunub.

Digər xəbərlər