Saytımızı qiymətləndirin


 
 

“Qərb üçün “qırmızı xətt” Cənubi Qafqazda müharibədir“ - Ekspert
Tarix: 11-03-2023 | Saat: 10:10
Bölmə:Karusel / Region | çapa göndər

“Qərb üçün “qırmızı xətt” Cənubi Qafqazda müharibədir“ - Ekspert

"Qərb üçün “qırmızı xətt” Cənubi Qafqazda hərbi əməliyyatların bərpası, əsl müharibədir".

Qarbaginfo.az xəbər verir ki, bunu “Force Factor” proqramı çərçivəsində almaniyalı politoloq Aleksandr Rar deyib.

O bildirib: “Belə olan halda Qərb başqa üsullarla vəziyyətə təsir göstərməyə çalışacaq”.

Ekspert hesab edir ki, 3 il əvvəl Azərbaycan və Ermənistan arasında Qarabağ uğrunda müharibənin dayandırılmasında dominant qüvvə Rusiya olub və bütün dünya Rusiyanı bu regionda stabilizator kimi əsas rolunu tanıyıb, lakin bu gün həmin roldan heç nə qalmayıb. Üstəlik, Rusiya yaxın xaricdə öz təsirini itirir ki, bu da Ukraynadakı hərbi əməliyyatlar və Qərbdən təcrid olunması ilə bağlıdır.

“Azərbaycan o mənada qalib gəlməyə başlayır ki, bu, Rusiya üçün zəruri olur, çünki Rusiya Federasiyası Avropa üçün mühüm resursların yerləşdiyi Azərbaycanın tamamilə Qərbə yönlənməsini istəmir. Rusiya Azərbaycanla istənilən halda qaz, neft və siyasətlə bağlı danışıqlar aparacaq. Azərbaycan eyni səbəblərə görə Avropa İttifaqı üçün Rusiya tədarükünə alternativ olaraq çox vacibdir. Buna görə də bu gün Aİ əvvəllər etmədiyi bir çox şeylərə göz yummağa hazırdır”, - deyə Rar vurğulayıb.

O əlavə edib ki, Avropa ABŞ-ın dəstəyi ilə Rusiyanın təsirini azaltmaq üçün regionda fəallaşır, Rusiya Federasiyası və Çinə qarşı güclənməyə çalışır.

“Ancaq eyni zamanda, Avropa Türkiyə ilə Ermənistan arasında sərhədin açılmağa başlamasına təsir edir ki, Ermənistan təcrid vəziyyətindən çıxsın. Amma əslində, məqsəd Ermənistanın Rusiyanın orbitindən çıxıb Qərbə yaxınlaşmağa başlamasıdır”, - deyə politoloq fikirlərini yekunlaşdırıb.



Xəbəri paylaş

192 dəfə oxunub.

Digər xəbərlər