Xidmət rəsmisi Bəhruz Məhəmmədov Qarabaginfo.az-a bildirib ki, araşdırma zamanı qanun pozucularının Siyəzən rayon sakinləri Əbülfəz Mirzəyev, Vüqar Əsgərov, Şabran şəhər sakini Həkim Məsimov, Xudat şəhər sakini Ramil Ağamalıyev, Sumqayıt şəhər sakinləri Yaqub Dadaşov, Elvin Həsənov, Kamal Ədilov və Rasim Məhərrəmov olduğu müəyyən edilib:

Xidmət rəsmisinin sözlərinə görə, ölkə ərazisində qanunsuz balıq ovunun və satışının qarşısını almaq məqsədilə keçirilən nəzarət tədbirləri davam etdirilir.

“Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.