Saytımızı qiymətləndirin


 
 

KİV: HƏMAS girovlarla bağlı razılığa gəlmək üçün İsraildən daimi atəşkəs tələb edir
Tarix: 13-06-2024 | Saat: 09:53
Bölmə:Karusel / Dünya | çapa göndər

 

KİV: HƏMAS girovlarla bağlı razılığa gəlmək üçün İsraildən daimi atəşkəs tələb edir

Girovların azad edilməsi ilə bağlı sazişin bağlanmasına əsas maneə HƏMAS hərəkatının tam və daimi atəşkəs tələbidir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Times of Israel” mənbələrə istinadən məlumat yayıb.

Nəşrin iki mənbəsi bildirib ki, HƏMAS İsrail hakimiyyətindən atəşkəs zəmanəti tələb edir.

İsrail tərəfi təklif olunan sazişin birinci mərhələsində cəmi altı həftəlik atəşkəs təklif edib.

Bu müddət ərzində İsrail və HƏMAS daimi atəşkəs barədə müddəanın da yer alacağı ikinci mərhələnin şərtlərini razılaşdırmalıdırlar.

İsrailin təklifi danışıqları davam etdirmək üçün altı həftəlik atəşkəsin uzadılmasını mümkün etsə də, HƏMAS ehtiyat edir ki, müvəqqəti atəşkəs İsrail tərəfinə hərbi əməliyyatları bərpa etmək və razılaşmanı pozmaq üçün bəhanə tapmağa imkan verəcək.



Xəbəri paylaş

149 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 15:55Şeyx Rusiyaya gedir