Saytımızı qiymətləndirin


 
 

Vardanyanın “buynuzu” çıxdı:  “Azərbaycan qəbul etməlidir ki...”
Tarix: 07-12-2022 | Saat: 10:47
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Vardanyanın “buynuzu” çıxdı:  “Azərbaycan qəbul etməlidir ki...”

““Artsax xalqı” (Qarabağ erməniləri – red.) öz gələcəyini Azərbaycanın bir hissəsi kimi görmür və bu barədə uzun müddətdir ki, öz aydın mövqeyimizi bildirmişik”.

Qarabaginfo.az “Hraparak”a istinadla xəbər verir ki, bu sözləri Qarabağdakı separatçı rejimin “dövlət naziri” Ruben Vardanyan “Facebook” səhifəsində yazıb.

“Azərbaycan da anlamalı və qəbul etməlidir ki, sülhə nail olmağın yeganə yolu eyni regionda yan-yana yaşamaqdır, amma birlikdə deyil. Almaniyanın ictimai telekanalı “ZDF”-lə olan müsahibəmdə də bunu bir daha təkrar etmək imkanım oldu.

Telekanal Ermənistan və “Artsax”ı geniş reportajla, xüsusən də 13 sentyabr sərhəd təxribatları və onun nəticələrini işıqlandırıb. Həmçinin, onlar oktyabrda Stepanakertin Dirçəliş meydanında keçirilən çoxminlik mitinqindən kadrları dərc edib.

Dünya mediasının Azərbaycan-Qarabağ münaqişəsinə diqqəti alqışlanılandır”, – deyə yazıda bildirilir.(Yenisabah.az)



Xəbəri paylaş

1158 dəfə oxunub.

Digər xəbərlər