Saytımızı qiymətləndirin


 
 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə bağlı əsasnaməyə dəyişiklik edilib
Tarix: 25-07-2022 | Saat: 17:43
Bölmə:Karusel / Siyasət | çapa göndər

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işçilərinin sayı artırılıb

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamənin, komitənin strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2007-ci il 9 noyabr tarixli 647 nömrəli və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Sənədə əsasən, “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”nin 8.20-3-cü bəndinə “vasitəsilə” sözündən sonra “və ya bilavasitə” sözləri əlavə edilib.



Xəbəri paylaş

1178 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 14:45Tofiq Hüseynov - 70