Saytımızı qiymətləndirin


 
 

Partiya üzvlərinin sayı 4500-dən az olarsa, qeydiyyatı ləğv ediləcək
Tarix: 21-11-2022 | Saat: 13:04
Bölmə:Karusel / Siyasət | çapa göndər

Bizi niyə siyahıya almadılar?”

Siyasi partiyanın fəaliyyətinin yoxlanılması proseduru dəyişir.

Bu, “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni redaksiyasında əksini tapıb.

Qanun layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyanın fəaliyyətinin normativ hüquqi aktların və nizamnaməsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum):

– siyasi partiyanın fəaliyyətinin Azərbaycan Respublikasının normativ hüquqi aktlarına və nizamnaməsinə uyğunluğunu öyrənir;

– siyasi partiyanın yaradılması zamanı yol verilmiş Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinin pozulması halları ilə əlaqədar araşdırma aparır;

– siyasi partiyaya yazılı xəbərdarlıq edir;

– siyasi partiyanın fəaliyyətinin dayandırılması və ya onun ləğvi barədə məhkəmədə iddia qaldırır.

Siyasi partiyanın fəaliyyətinin Azərbaycan Respublikasının normativ hüquqi aktlarına və nizamnaməsinə uyğunluğunun öyrənilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum):

– siyasi partiyanın fəaliyyəti ilə bağlı üzvlərindən, həmçinin dövlət orqanlarından (qurumlarından), yerli özünüidarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən daxil olmuş müraciətlərə baxır, mediada dərc olunmuş (yayımlanmış) məlumatları nəzərdən keçirir;

– dövlət elektron informasiya ehtiyatlarından istifadə etməklə siyasi partiya üzvlərinin reyestrində olan məlumatları ildə azı iki dəfə nəzərdən keçirir;

– məsələ ilə bağlı siyasi partiyanın qanuni təmsilçisinin izahatını alır;

– Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş digər tədbirlər görür.

Siyasi partiyanın yaradılması zamanı yol verilmiş normativ hüquqi aktların tələblərinin pozulması hallarının araşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum):

– məsələ ilə bağlı siyasi partiyanın qanuni təmsilçisinin izahatını alır;

– bu Qanunun 6.1-ci maddəsinin (Dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 5000 üzvü olmalıdır) tələbinin pozulması halı müəyyən edildikdə dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayının 4500-dən aşağı olması halında həmin siyasi partiyanın dövlət qeydiyyatının ləğvi barədə məhkəmədə iddia qaldırır;

– normativ hüquqi aktların pozulmasının aradan qaldırılmalı olan digər halı müəyyən edildikdə siyasi partiyaya yazılı xəbərdarlıq edir.

Bu Qanunun 7.2-ci maddəsi çərçivəsində görülmüş tədbirlər nəticəsində normativ hüquqi aktların və siyasi partiyanın nizamnaməsinin pozulması halı (bu Qanunun 4.3-cü maddəsinin, həmçinin fəaliyyəti dayandırılmış siyasi partiya tərəfindən bu Qanunun 4.13-cü maddəsinin birinci cümləsinin pozulması halı, habelə dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayının 4500-dən aşağı olması halı istisna olmaqla) müəyyən edildikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyaya yazılı xəbərdarlıq edir.

Xəbərdarlıqda pozuntu halları göstərilir və əsaslandırılır, onların aradan qaldırılması üçün tələblər və zəruri müddət (bu Qanunun 30.1-ci, 30.3-cü və 30.5-ci maddələrində nəzərdə tutulmuş sənədlərin təqdim edilməsi üçün 30 gün müəyyən edilir), həmçinin pozuntuların aradan qaldırılmamasının hüquqi nəticələri izah edilir. Xəbərdarlıq siyasi partiyaya təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Siyasi partiya göstərilmiş pozuntuları xəbərdarlıqda müəyyən edilmiş müddətdə aradan qaldırır və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verir.



Xəbəri paylaş

1147 dəfə oxunub.

Digər xəbərlər