Saytımızı qiymətləndirin


 
 

SON DƏQİQƏ: Surət Hüseynov vəfat edib - ÖZƏL
Tarix: 31-07-2023 | Saat: 13:44
Bölmə:Karusel | çapa göndər

 

Azərbaycanın sabiq baş naziri Surət Hüseynov vəfat edib.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Gununsesi.info-ya Surət Hüseynovun yaxınları bildirib.

Məlumata görə, Moskvadan İstanbula gələn Surət Hüseynov təyyarə eniş edən zaman ürəktutmasından vəfat edib.

Qeyd edək ki, Azərbaycanda “qiyamçı polkovnik” kimi tanınan Surət Hüseynov AXC-Müsavat hakimiyyətinin devrilməsində əsas füqur olub.

Heydər Əliyev hakimiyyəti dövründə baş nazir postunu tutan Hüseynov sonra ömürlük məhkum edilib.

İlham Əliyev prezident seçildikdən sonra onu əfv sərəncamı ilə azadlığa buraxıb.



Xəbəri paylaş

105 dəfə oxunub.

Digər xəbərlər