Azərbaycanın sabiq baş naziri Surət Hüseynov vəfat edib.
Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Gununsesi.info-ya Surət Hüseynovun yaxınları bildirib.
Məlumata görə, Moskvadan İstanbula gələn Surət Hüseynov təyyarə eniş edən zaman ürəktutmasından vəfat edib.
Qeyd edək ki, Azərbaycanda “qiyamçı polkovnik” kimi tanınan Surət Hüseynov AXC-Müsavat hakimiyyətinin devrilməsində əsas füqur olub.
Heydər Əliyev hakimiyyəti dövründə baş nazir postunu tutan Hüseynov sonra ömürlük məhkum edilib.
İlham Əliyev prezident seçildikdən sonra onu əfv sərəncamı ilə azadlığa buraxıb.