Saytımızı qiymətləndirin


 
 

Bakıda arıçılıq məhsullarının Sərgi-Satış Yarmarkası keçiriləcək
Tarix: 22-08-2022 | Saat: 17:40
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakıda arıçılıq məhsullarının Sərgi-Satış Yarmarkası keçiriləcək

 

Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 1-20 oktyabr tarixlərində arıçılıq məhsullarının 22-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək.

Qarabaginfo.az xəbər verir ki, yarmarka Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) baş tutacaq. Yarmarkada satışa çıxarılacaq balların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizlilyi Agentliyi nəzarət edəcək.

Arıçı fermerlər iştirak üçün əvvəlcədən qeydiyyatdan keçməlidirlər. Qeydiyyat prosesi bal.kendden.az saytı vasitəsi ilə onlayn qaydada həyata keçiriləcək.

Yarmarkada iştirak etmək istəyən arıçılar 29 avqust saat 00:00-dan 31 avqust saat 23:59-dək qeydiyyatdan keçməlidirlər.

Yarmarkada arıçılara fəaliyyət göstərdikləri rayonların arıçı sayına uyğun olaraq proporsional qaydada müvafiq sayda yer ayrılacaq. Bir arıçı yarmarkada maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilər.

Bal nümunələrinin qəbulu 8-15 sentyabr tarixləri arasında “Aqrar Tədarük və Təchizat” ASC-nin Xocahəsən yolu, 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarında baş tutacaq.

 

 



Xəbəri paylaş

180 dəfə oxunub.

Digər xəbərlər
9-09-2021, 12:05 Ərdoğan ABŞ-a gedəcək
9-02-2019, 10:43 Bürclər- 9 fevral