Saytımızı qiymətləndirin


 
 

Aİ missiyasi Ermənistan XİN-də qəbul edildi
Tarix: 04-11-2022 | Saat: 15:10
Bölmə:Karusel | çapa göndər

Aİ missiyasi Ermənistan XİN-də qəbul edildi

 


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyasının rəhbəri Marek Şigeli və onun başçılıq etdiyi nümayəndə heyətinin üzvlərini qəbul edib.

Qarabaginfo.az "armenpress"ə istinadla xəbər verir ki, görüşdə nazir Mirzoyan Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması, Qarabağ münaqişəsinin həlli mövzusunda danışıb.

XİN başçısı Aİ-nin mülki missiyasının Ermənistanda yerləşdirilməsinin vacibliyini qeyd edərək, bunun regionda sabitliyin və sülhün bərqərar olmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

Marek Şigel Aİ-nin mülki missiyasına verdiyi dəstəyə görə erməni tərəfinə təşəkkür edib və missiyanın fəaliyyət dairəsini və Ermənistanda qarşıda duran işləri təqdim edib.

Tərəflər, həmçinin, gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər.



Xəbəri paylaş

129 dəfə oxunub.

Digər xəbərlər