Saytımızı qiymətləndirin


 
 

Bu gün Super Ay hadisəsi müşahidə olunub
Tarix: 14-07-2022 | Saat: 09:16
Bölmə:Karusel / Region | çapa göndər

Bu gün Super Ay hadisəsi müşahidə olunub

Bu gün Super Ay hadisəsi müşahidə olunub. Bu, 2022-ci ilin 2-ci Super Ayıdır. 1-ci Super Ay iyun ayının 14-də baş verib, bu zaman Aya qədər məsafə 357433 km olub.

Bakı Dövlət Universitetindən Qarabaginfo.az-a verilən xəbərə görə, bu gün həmçinin Ayla əlaqəli iki mühüm astronomik hadisə baş verib: bu, perigey və tam Aydır.

Perigey Bakı vaxtı ilə saat 13:09-da baş verib. Ay Yerə 357 263 km-ə qədər yaxınlaşıb və Ayın görünən diametri 33 dəqiqə 27 saniyə olub. Tam (Dolu) Ay Bakı vaxtı ilə saat 22:38-də görünüb. Super Ay hadisəsini bütün gecə ərzində Azərbaycan ərazisindən müşahidə etmək mümkün olacaq.

Qeyd edək ki, son nəhəng Super Ay 2016-cı il noyabrın 14-də saat 16:54-də baş verib. Bu zaman Aya qədər məsafə 356 511 km olub. Bundan sonra növbəti dəfə nəhəng Super Ay 28 ildən sonra təkrarlanacaq. Ayın Yerə ən çox yaxınlaşması axırıncı dəfə 1948-ci ildə olub. Həmin vaxt Aya qədər məsafə 356 461 km təşkil edib.



Xəbəri paylaş

1258 dəfə oxunub.

Digər xəbərlər