Saytımızı qiymətləndirin


 
 

Paşinyan İlham Əliyevlə görüşəcəyini  AÇIQLADI
Tarix: 28-02-2019 | Saat: 10:15
Bölmə:Manşet / Karusel | çapa göndər

 

Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün fevralın 27-də Tehranda erməni icmasının nümayəndələri ilə görüşündə Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyini anons edib.

 

"Qarabaginfo"nun virtualaz.org-a istinadən xəbərinə görə, Paşinyan əlavə edib ki, bu görüşdə “gündəm olmayacaq”.

 

Paşinyan Dağlıq Qarabağın danışıqlarda iştirakı barədə mövqeyini növbəti dəfə təkrarlayıb. Amma bir qədər diplomatik üslubda. Onun sözlərinə görə, hökumətin əsas prioritetlərindən biri Qarabağın “subyektliyinin səviyyəsinin artırılmasıdır”.

 

“Azərbaycan prezidenti ilə görüşməliyik. Bu, gündəmsiz görüş olacaq, amma onun əsas istiqaməti danışıqlar formatının müzakirəsinə yönələcək. Hələlik format ətrafında razılığa gəlməmişik, indiyə qədərki təmasları rəsmi danışıqlar adlandırmaq olmaz”-o bildirib.

Paşinyan bir daha təkrarlayıb ki, o Ermənistanın baş naziridir və Dağlıq Qarabağın adından danışmır. Çünki Dağlıq Qarabağın öz hakimiyyəti var.

Bundan əvvəl Paşinyan açıqlamışdı ki, Davosda Əliyevlə görüşündə Dağlıq Qarabağın danışıqlarda iştirakı məsələsini qaldırıb. Amma Azərbaycan prezidenti buna etiraz edib, bildirib ki, belə olsa o zaman gərək regionun azərbaycanlı icması da danışıqlara qatılsın.

 

Ümumiyyətlə, Paşinyan hakimiyyətə gəlişindən bu yana təxminən 10 aydır ki, eyni tezisi təkrarlamaqdadır və Dağlıq Qarabağın danışıqlarda subyekt kimi iştirakına nail olmağın perspektivsizliyini bildiyi halda bu mövqeyini hər fürstədə təkrar edir. Bu baxımdan belə qənaət formalaşmaqdadır ki, Paşinyan əslində həmin tezisi münaqişə ətrafındakı status-kvonu daha bir müddət uzatmağa hesablanmış bəhanə kimi istifadə edir. Nəticədə münaqişənin mahiyyəti üzrə danışıqlardan yayınır. Bu isə uzun müddət belə davam edə bilməz.

 

Digər tərəfdən Ermənistanda keçmiş kriminal rejimə bağlı qüvvələr Paşinyanın hər addımını təqib edir və onun ərazilərin qaytarılması hesabına hər hansı sülh variantına getmək səlahiyyətinin olmadığını bildirir. Elə iki gün əvvəl Yerevanda bir çox keçmiş səhra komandirlərinin və əvvəlki rejimə bağlı qüvvələrin iştirakı ilə “bir qarış da olsun torpaq qaytarmarıq” şüarı altında aksiya keçirilib.

 



Xəbəri paylaş

550 dəfə oxunub.

Digər xəbərlər