Saytımızı qiymətləndirin


 
 

ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Türkiyənin rolunu alqışlayır
Tarix: 15-12-2023 | Saat: 10:11
Bölmə:Karusel / Region | çapa göndər

Metyu Miller

 

“Biz Türkiyənin bu münaqişənin həllində məhsuldar rol oynamasını alqışlayırıq”.

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller Türkiyə xarici işlər naziri Hakan Fidanın Bakı səfərinə münasibət bildirərək deyib.

ABŞ rəsmisi Hakan Fidanın Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına çağırış etməsini yüksək qiymətləndirib: “Bu mövzu bütün görüşlərdə və ABŞ dövlət katibi Antoni Blinkenlə Türkiyə XİN rəhbəri Hakan Fidan arasında baş tutan bütün dialoqlar zamanı müzakirə olunur. Odur ki, konkret məlumat verməyəcəyəm, lakin bu məsələ müntəzəm olaraq müzakirə edilir”.

“Biz nazirin münaqişənin həllinin mümkün olması ilə bağlı dedikləri ilə razıyıq və bu məqsədə çatmaq üçün iki tərəf arasında birbaşa danışıqları dəstəkləyəcəyik”, - deyə ABŞ rəsmisi Türkiyə XİN başçısının “Azərbaycan və Ermənistan arasında sülh Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına müsbət təsir göstərəcək” fikrinə münasibət bildirib.



Xəbəri paylaş

154 dəfə oxunub.

Digər xəbərlər