Saytımızı qiymətləndirin


 
 

Britaniyanın Münaqişənin və Sabitliyin Birgə Təhlili Qrupunun üzvləri Azərbaycana gəlib
Tarix: 09-12-2021 | Saat: 18:32
Bölmə:Karusel / Siyasət | çapa göndər

Böyük Britaniyanın Münaqişənin və Sabitliyin Birgə Təhlili Qrupunun üzvləri Helen Makkenzi və Rayan Qrist Azərbaycana gəlib.

Bu barədə Qarabaginfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qrup üzvləri Milli Məclisin deputatları Tural Gəncəliyev və Erkin Qədirli ilə görüşüblər.

Ayrı-ayrı keçirilən görüşlərdə 44 günlük Vətən müharibəsi nəticəsində azad edilmiş ərazilərdə Azərbaycan dövlətinin həyata keçirdiyi geniş bərpa-quruculuq işləri, məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz şəraitdə qayıdışına hazırlıq prosesi barədə məlumat verilib.

Sonra Rayan Qrist və Helen Makkenzi postmünaqişə dövründə qarşıya qoyulan məqsədlər, sülhün möhkəmləndirilməsi, keçmiş münaqişə zonasında dinc birgəyaşayışın təşkili kimi məsələlərlə bağlı suallarını səsləndiriblər.

Sual-cavab formatında davam edən görüşdə bu istiqamətdə əməkdaşlıq imkanlarına toxunulub, fikir mübadiləsi aparılıb.



Xəbəri paylaş

1241 dəfə oxunub.

Digər xəbərlər
7-06-2022, 11:21 Şeyx Türkiyəyə gedir