Saytımızı qiymətləndirin


 
 

Müxalifət Ermənistanın xüsusi nümayəndəsini "türk agenti" adlandırıb
Tarix: 17-01-2022 | Saat: 14:18
Bölmə:Karusel / Siyasət | çapa göndər

Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesində Ermənistanın xüsusi nümayəndəsi olan parlamentin vitse-spikeri Ruben Rubinyan müxalifət tərəfindən “türk agenti” adlandırılıb.
 

Qarabaginfo.az xəbər verir ki, vitse-spiker Ruben Rubinyan müxalifət deputatlarına xəbərdarlıq edib ki, Türkiyə tərəfi ilə əlaqələrdə ittiham olunmağa davam edərsə, səbri daşacaq.


“Hayastan” (Ermənistan) fraksiyasının nümayəndəsi Aqnes Xamoyan bildirib ki, Rubinyan Türkiyədə təcrübə keçib və araşdırmalar aparıb. Ona görə də “türk agenti” ola bilər.


Rubinyan bütün bu kimi iddiaların əsassız olduğunu bildirib və cavab addımlarına əl ata biləcəyini qeyd edib.


Daha sonra vitse-spiker Milli Assambleyanın digər sədr müavini Akop Arşakyanın çıxışı zamanı müxalifətlə iqtidaryönlü deputatlar arasında yaranmış atışmaya görə parlamentin iclasını yarımçıq dayandırıb.



Xəbəri paylaş

1252 dəfə oxunub.

Digər xəbərlər