Saytımızı qiymətləndirin


 
 

Prezident Azərbaycanın ərazi bütövlüyü məsələsində Səudiyyə Ərəbistanının dəstəyini yüksək qiymətləndirib
Tarix: 05-10-2023 | Saat: 12:21
Bölmə:Karusel / Siyasət | çapa göndər

Prezident Azərbaycanın ərazi bütövlüyü məsələsində Səudiyyə Ərəbistanının dəstəyini yüksək qiymətləndirib

Prezident İlham Əliyev bütün dövrlərdə - həm işğal zamanı, həm də torpaqlarımızın işğaldan azad olunmasından sonrakı dövrdə Azərbaycanın ərazi bütövlüyünün qorunması və bərpası məsələlərində Səudiyyə Ərəbistanı Krallığının birmənalı şəkildə göstərdiyi mənəvi və siyasi dəstəyi bir daha yüksək qiymətləndirib.

Qarabaginfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 5-də Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteylinin etimadnaməsini qəbul edərkən deyib.

Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birinə qarşılıqlı dəstəyinin ənənəvi xarakter aldığını məmnunluqla qeyd edib.

İqtisadi əməkdaşlığa toxunan dövlət başçısı enerji sahəsində yaxşı nümunələrin olduğunu bildirərək, Səudiyyə Ərəbistanı şirkətinin Azərbaycanda bu sahəyə böyük sərmayə qoymasının önəmini vurğulayıb. Dövlətimizin başçısı bütün digər sahələrdə də əlaqələrimizin yüksək səviyyədə olduğunu deyib.



Xəbəri paylaş

193 dəfə oxunub.

Digər xəbərlər