Saytımızı qiymətləndirin


 
 

Paşinyan separatçıların pulunu kəsdi - İrəvanda gərginlik
Tarix: 12-10-2023 | Saat: 10:43
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Paşinyan separatçıların pulunu kəsdi - İrəvanda gərginlik

Ermənistan hakimiyyəti ilə qondarma “Artsax” sepafratçıları arasında gərginlik artıb.

Qarabaqinfo.az xəbər verir ki, “Hraparak”ın məlumatına görə, rəsmi İrəvanla Qarabağdan köçmüş separatçılar arasında səssiz münaqişə maaşların verilməməsi səbəbindən partlayışa səbəb ola bilər.

Məsələ burasındadır ki, separatçıların “lider”i Samvel Şahramanyanın öz ətrafı ilə bir neçə gün öncə İrəvanda keçirdiyi məsləhətləşmələr Paşinyan hakimiyyətini qəzəbləndirib. Nəticədə qondarma “Artsax” rejimində "vəzifə"  tutanların maaşlarını verməmək qərarına gəlinib.

“Hraparak” yazır ki, separatçılar Ermənistan büdcəsindən maaşlarını 2024-cü il yanvarın 1-dək almalı idilər. Çünki qondarma “Artsax” özünü həmin tarixdən buraxılmış elan edib.

Ermənistanın rəsmi KİV-lərində qondarma “Artsax”ın “lider”ləri haqqında ittihamlar tirajlanmağa başlayıb. Bu məlumatlarda onların büdcəni taladıqları bildirilir.

Özünü buraxdığını elan etmiş xutanın “informasiya qərargahı” isə dünən elan edib ki, “Artsax”ın büdcəsində hələ də 3,1 milyard dramlıq qalıq var və Ermənistan hökuməti onu dondurub. Xunta nümayəndədləri bildiriblər ki, onların aylıq əmək haqqı fondu 4-4,1 milyard dram təşkil edir.

Ermənistan hakimiyyəti isə separatçılara sentyabrın maaşlarını verməyib və bundan sonra da verməyəcəyini qətiləşdirib.



Xəbəri paylaş

1121 dəfə oxunub.

Digər xəbərlər