Zelenskini yuxuda gördüyünə görə Rusiya vətəndaşına cinayət işi qaldırıldı...
Tarix: 05-12-2022 | Saat: 10:09
Bölmə:Karusel / Region | çapa göndər
1222 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 05-12-2022 | Saat: 10:09
Bölmə:Karusel / Region | çapa göndər

Rusiyanın Çita şəhərində yerli sakinə qarşı sosial şəbəkədə Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı ilə gördüyü yuxunun şərhi ilə bağlı paylaşım etdiyinə görə "Rusiya Federasiyası Silahlı Qüvvələrinin ləkələnməsi" maddəsi ilə cinayət işi qaldırılıb.

Qarabaginfo.az xəbər verir ki, bu haqda dekabrın 4-də "Astra" teleqram-kanalı məlumat yayıb.
26 yaşlı rusiyalı İvan Losev "İnstaqram"da "Ukrayna Prezidenti", "Ukrayna Silahlı Qüvvələri sözləri, habelə "Ukraynaya eşq olsun!" və "Qəhrəmanlara eşq olsun" şüarları xatırlanan yuxusunu təsvir etdiyi paylaşım yerləşdirib. İ.Losevin bu və daha 5 digər şərhi hüquq-mühafizə orqanları tərəfindən Rusiya ordusunun diskreditasiyası kimi qiymətləndirilib.

"Bu gün yuxuda səfərbər olunduğumu gördüm. Məni hansısa hazırlıq düşərgəsinə gətirdilər. Və bu məqamda Zelenskinin rəhbərlik etdiyi Ukrayna Silahlı Qüvvələri hər kəsi tutub qolunu bağladılar və güllələməyə hazırlaşdılar. Elə bu anda Zelenski mənə yaxınlaşaraq dedi: "Ooo, mən sənin "İnstaqram"dakı şərhlərini görmüşəm. Ukraynaya eşq olsun!" Mən də ona cavab verdim: "Ukraynaya eşq olsun! Qəhrəmanlara eşq olsun!". Bundan sonra Ukrayna lideri sevinclə mənim çiynimə vurdu və əmr verdi:" Bunu buraxın, qalanların hamısını güllələyin!" Və o an Zelenski ilə foto çəkdirməyə macal tapmadan yuxudan oyandım" -Rusiya vətəndaşı belə bir post yazıb.
.

İ.Losev barəsində "donos"u isə Çitadan 400 km uzaqda işləyən Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin (FSB") Zabaykalye diyarı üzrə operativ əməliyyatçısı D.V. Volkov yazıb. O, vətəndaşın sosial şəbəkədəki yazılarını izləyirmiş...
(Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
31-01-2022, 16:49
Məhkəmə Hafiz Məmmədovu ev dustaqlığına buraxıb
11-04-2025, 16:02
Növbəti köç karvanı Ağdərənin Həsənriz kəndinə çatıb, mənzillərin açarları təqdim edilib
15-04-2022, 04:18
Ukrayna ordusu 6 hücumu dəf edib
21-04-2022, 04:38
Perunun ABŞ-dakı səfirinin iqamətgahına girən şəxs öldürülüb
10-08-2021, 14:03
Aşura günü qanvermə aksiyaları keçiriləcək
30-11-2021, 15:27
Çavuşoğlu helikopter qəzası ilə bağlı Ceyhun Bayramova başsağlığı verib
15-10-2021, 17:07
Qarabağda GƏRGİNLİK: Bakı-İrəvan qarşıdurması kimlərin işinə yarayır?
20-12-2021, 12:36
İranın XİN başçısı bu həftə Azərbaycana gələcək


















