Saytımızı qiymətləndirin


 
 

Putin özünü Pyotra bənzədir: “Yarımçıq qalan işi bitirəcəm”
Tarix: 10-06-2022 | Saat: 14:54
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya və Ukrayna arasında gedən qızğın müharibə fonunda Prezident Vladimir Putinin hərəkətləri və sərt ritorikası mübahisə yaratmağa davam edir.

 

“Donbası nasistlərdən təmizləmək” adı altında Ukraynanın işğalına haqq qazandırmağa çalışan Putin indi özünü tarixin ən məşhur rus imperatorlarından birinə bənzətməyə çalışır.

 

Qarabaqinfo.az xəbər verir ki, istər liberal, istərsə də mühafizəkar ruslar tərəfindən bəyənilən Rusiya imperatoru Böyük Pyotr (I Pyotr) 43 il hakimiyyətdə olmuş və İsveçdə fəth etdiyi torpaqlarda yeni paytaxt tikilməsini əmr etmişdi. Bu yeni paytaxt Putinin doğma şəhəri olan Sankt-Peterburq idi.

 

Prezident Vladimir Putin Çar I Pyotrun anadan olmasının 350-ci ildönümündə ona ehtiramını bildirib, Pyotrun Rusiya torpaqlarını geri qaytarmaq üçün çalışdığı dönəmi indiki vaxta paralel adlandırıb.

 

 

Putinin Pyotr üçün hazırlanan sərgiyə səfərindən əvvəl dövlət televiziyası Böyük Pyotru sərt hərbi lider kimi tərifləyən sənədli film yayımlayıb. Filmdə onun qurduğu modernləşdirilmiş ordu və donanma təsvir edilərək, İsveç və Osmanlı İmperiyası hesabına Rusiya ərazisini xeyli genişləndirdiyi qeyd olunub.

 

Son illər ərzində Putinin Rusiya tarixinə marağının artdığı müşahidə edilir. O, indi özünü Rusiya torpaqlarını geri almaq üçün döyüşən Böyük Pyotrla müqayisə edir.

 

Putin bildrib ki, Rusiya özünə məxsus olanı alacaq: “Görünür, Rusiyanın olanı qaytarmaq və ölkəni gücləndirmək bizdən asılıdır. Şübhəsiz ki, qarşımızda duran vəzifələrin həllində uğur qazanacağıq”.

 

 

Putinin üstüörtülü hədəsi onun Ukraynada işini bitirdikdən sonra Estoniya, İsveç və Finlandiya da daxil olmaqla Baltikyanı ölkələrdə müharibələrə başlayacağına dair qorxuları artırıb. Məhz bu qorxu İsveç və Finlandiyanı Putinin ölkələri işğal edəcəyi təqdirdə alyansın qarşılıqlı müdafiə öhdəliyi ümidi ilə NATO-ya üzv olmaq üçün müraciət etməyə sövq edib.

 

Putinin hərəkətləri göstərir ki, o, Pyotrın yarımçıq qoyduğu işi davam etdirmək niyyətindədir.



Xəbəri paylaş

1185 dəfə oxunub.

Digər xəbərlər