Saytımızı qiymətləndirin


 
 

Rusiyanın “Metalloinvest” şirkətinin azərbaycanlı baş direktoru vəzifəsini tərk edib
Tarix: 04-12-2023 | Saat: 16:33
Bölmə:Karusel / Region | çapa göndər

 

Rusiyanın “Metalloinvest” şirkətinin azərbaycanlı baş direktoru vəzifəsini tərk edib

Azərbaycanlı Nazim Əfəndiyev Rusiyanın “Metalloinvest” şirkətinin baş direktoru vəzifəsini tərk edib.

Qarabaginfo.az xəbər verir ki, həmyerlimiz bundan sonra şirkətin direktorlar şurasına rəhbərlik edəcək.

“Metalloinvest”in baş direktor vəzifəsinin müvəqqəti icrası Oleq Krestininə tapşırılıb.

Qeyd edək ki, Nazim Əfəndiyev 30 aprel 2020-ci ildən "Metalloinvest" şirkətinin baş direktoru vəzifəsində çalışıb. O, 2011-2012-ci illərdə Metalloinvest-in baş direktorunun müavini olub. Nazim Əfəndiyev 2012-ci ilin mart ayından 2020-ci ilin aprel ayına qədər şirkətin baş direktorunun birinci müavini və kommersiya direktoru vəzifələrində çalışıb.

Nazim Tofiq oğlu Əfəndiyev 16 sentyabr 1963-cü ildə Bakıda doğulub. 1985-ci ildə Moskvada Xarici Dillər Hərbi İnstitutunu bitirib. 1995-ci ildə MBA proqramı üzrə Xalq Təsərrüfatı Akademiyasında təhsil alıb. 1996 -cı ildən Rusiyanın müxtəlif nəhəng metallurgiya şirkətlərində yüksək vəzifələrdə çalışıb.



Xəbəri paylaş

197 dəfə oxunub.

Digər xəbərlər