Saytımızı qiymətləndirin


 
 

Emoməli Rəhmon: Təhlükəsizlik çağırışlarına qarşı birgə mübarizə gücləndirilməlidir
Tarix: 08-10-2026 | Saat: 12:14
Bölmə:Karusel / Siyasət | çapa göndər

Tacikistan Prezidenti Emoməli Rəhmon

 

Regionun davamlı inkişafının əsas şərtlərindən biri təhlükəsizliyin təmin edilməsidir.

Qarabaginfo.az-ın xəbərə görə, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon Avazada Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün açılışında bildirib.

Tacikistan Prezidenti terrorizm, ekstremizm, radikalizm, mütəşəkkil cinayətkarlıq və kibercinayətkarlıqla bağlı təhdidlərin davam etdiyini deyib.

Onun sözlərinə görə, müvafiq qurumlar arasında qarşılıqlı fəaliyyət və koordinasiyanın səmərəliliyi artırılmalı, informasiya və praktiki təcrübə mübadiləsi genişləndirilməlidir. Kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlanması mexanizmlərinin və dövlətlərin potensialının gücləndirilməsi də vacibdir.

Emoməli Rəhmon sintetik narkotik vasitələrin qaçaqmalçılığı da daxil olmaqla, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı gərginliyin artdığını diqqətə çatdırıb və milli təhlükəsizliyə yönəlmiş təhdidlərə qarşı razılaşdırılmış tədbirlərin hazırlanmasına çağırıb.

O qeyd edib ki, Tacikistan Əfqanıstanda davamlı sülh və sabitliyin tezliklə bərqərar olunmasının tərəfdarıdır və bu ölkənin sosial-iqtisadi inkişafında maraqlıdır.

Tacikistan Prezidenti, həmçinin süni intellekt texnologiyalarının iqtisadi və sosial sahələrdə tətbiqinin genişləndirilməsinin, mədəni-humanitar, təhsil, akademik və elmi əlaqələrin inkişafının vacibliyini vurğulayıb.

“Ölkələrimizin gələcək inkişafı, ilk növbədə, vətəndaşlarımızın rifahının və həyat keyfiyyətinin yüksəldilməsinə yönəlməlidir. Tacikistan dövlətlərin konstruktiv təşəbbüslərini dəstəkləməyə və əldə edilmiş razılaşmaların praktiki icrasına kömək göstərməyə hazırdır”, – Emoməli Rəhmon bildirib.



Xəbəri paylaş

13 dəfə oxunub.

Digər xəbərlər