“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindəki gözləmə zallarına giriş müvəqqəti olaraq dayandırılıb.
Qarabaginfo.az xəbər veri ki, bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyinin Mətbuat Katibi Mais Ağayev bildirib.
Onun sözlərinə görə, məqsəd xüsusi karanti rejimi davam etdiyi müddətdə sərnişinlərin qapalı məkanda toplaşmasının qarşısını almaqdır: “Belə ki, qapalı məkanlarda xəstəliyə yoluxma riski daha yüksək olur”.
O, sərnişinlərdən bunu anlayışla qarşılamalarını, avtobusu perronlarda gözləmələrini xahiş edib.