Saytımızı qiymətləndirin


 
 

Prezidentdən Fəzail İbrahimlini "Şöhrət" ordeni ilə təltif edib
Tarix: 12-04-2021 | Saat: 12:19
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Fəzail Feyruz oğlu İbrahimli “Şöhrət” ordeni ilə təltif edilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Fəzail İbrahimli Milli Məclisdə 69 saylı Cəlilabad-Masallı-Biləsuvar  seçki dairəsini təmsil edir.


Bu gün F.İbrahimlinin doğum tarixidir.

Fəzail Feyruz oğlu İbrahimli 1951-ci il aprelin 12-də Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Tarix elmləri doktoru, professordur. 100-dək elmi əsərin, o cümlədən bir neçə monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifidir. 

1973–1977-ci illərdə Yardımlı rayonunda orta məktəb müəllimi işləyib. 1977–1982-ci illərdə hərbi xidmətdə olub,  aspiranturada təhsil alıb. 1982-ci ildən Azərbaycan  Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışışb. 2000-ci ildən Bakı Dövlət Universitetinin professorudur. Rus dilini bilir.

Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür.

İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədridir. Azərbaycan-Liviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.

İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

2020-ci il martın 10-dan Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavinidir.

Evlidir, 3 övladı var.



Xəbəri paylaş

1302 dəfə oxunub.

Digər xəbərlər