Saytımızı qiymətləndirin


 
 

"Dünya bazarlarında neftin qiyməti Azərbaycan üçün hədsiz səviyyədə əlverişsizdir" -  Ekspert
Tarix: 21-03-2020 | Saat: 13:26
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

"Hələ ki devalvasiya məsələsi gündəlikdə deyil. Dünya bazarlarında neftin qiyməti Azərbaycan üçün hədsiz səviyyədə əlverişsizdir. Amma valyuta bazarlarında yaxın müddətdə ciddi dəyişikliklərin baş verəcəyini gözləmirəm".

Qarabaginfo xəbər verir ki, bunu iqtisadçı-ekspert Pərviz Heydərov deyib.

P.Heydərov bildirib ki, neftin dünya bazar qiymətləri uzun müddətli şəkildə bu cür qalmaqda davam edərsə, valyuta bazarlarında müəyyən redaktələrin ən tezi bu ilin sonunda, yaxud növbəti ildə olacağını güman edirəm. Bir şərtlə ki, neftin dünya bazar qiymətləri uzunmüddətli şəkildə belə aşağı həddə qalsın, bu isə inandırıcı deyil. 5-6 il əvvəlki vəziyyətlə müqayisədə, Azərbaycan xarici mənfi amillərin təsirlərinə daha immunitetlidir. Ona görə də bizim hələ ki bu vəziyyətə müqavimət göstərmək gücümüz var".Teleqraf.com

 



Xəbəri paylaş

416 dəfə oxunub.

Digər xəbərlər