Tarix: 01-05-2024 | Saat: 10:33
Bölmə:Karusel / Dünya | çapa göndər
Mərkəzi Afrikanın mineral və digər təbii ehtiyatları ilə zəngin ölkəsi olan Qabon hökuməti ölkədə aparılan demokratizasiya islahatları ilə əlaqədar Fransa hərbi bazasının ölkəni tam tərk etməsi məsələsini rəsmi olaraq irəli sürüb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Radio France İnternationale”ın verdiyi məlumatda deyilir.
1843-cü ildən Fransanın müstəmləkəsi olmuş, bir müddət əvvəl baş vermiş hərbi çevrilişdən sonra isə Fransayönümlü hakimiyyətin devrildiyi Qabonda hazırda siyasi, iqtisadi və sosial sahədə milli islahatlara başlanılıb.
Qeyd edək ki, bu vaxtadək Mali, Burkina Faso, Niger kimi dövlətlər Ecowas təşkilatından çıxaraq, Fransa hərbçilərini ərazilərindən çıxarmışlar, Çad dövlətində bu istiqamətdə işlər davam edir. Bu ölkələrdə ilk dəfə tam milli sənaye-istehsal müəssisələri ancaq son aylar ərzində yaradılıb və xarici dövlətlərlə müstəqil diplomatik münasibətlər qurulur.
“Azərbaycan təhlükəsizlik orqanında aparılan cinayət işi ilə əlaqədar Fransanın səfirlikdaxili kəşfiyyatçılarını “persona non-qrata” elan etmiş Azərbaycan təcrübəsini digər dövlətlər davam etdirmiş, sonuncu dəfə Burkina Faso 16 aprel 2024-cü il tarixli notası ilə 3 fransız “diplomatı” pozucu fəaliyyətlərinə görə “persona-non qrata” elan edərək ölkədən çıxarıb. Bu qədər diplomatı qovulan ikinci ölkə yoxdur və gedişat Fransanın öz rekordunu təzələyəcəyini göstərir.” - daha əvvəl “Observer Online” qeyd etmişdi.
Digər xəbərlər