Saytımızı qiymətləndirin


 
 

Leyla Əliyeva Moskvada kimsəsiz uşaqları sevindirdi
Tarix: 15-12-2022 | Saat: 21:26
Bölmə:Karusel / Manşet | çapa göndər

Leyla Əliyeva Moskvada kimsəsiz uşaqları sevindirdi

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin əməkdaşları Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Yeni il ərəfəsində Moskvanın “Bizim Ev" Ailə Tərbiyəsinə Yardım Mərkəzində olub, ailə himayəsindən məhrum uşaqlara baş çəkiblər.

 

Qarabaginfo.az xəbər verir ki, Yeni il ərəfəsində uşaqlara Moskva Kukla Teatrının “Qırmızı çiçək” tamaşası nümayiş etdirilib.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar üzrə rəhbəri Tamilla Əhmədova bayramın təşkilindən danışıb: “Biz şadıq ki, bu gün yenidən "Bizim Ev" Ailə Tərbiyəsinə Yardım Mərkəzində olduq və Yeni il ərəfəsində müəssisənin şagirdlərini təbrik edə bilirik. Bu günün uşaqları- sabah ölkələrin, planetin və bütün bəşəriyyətin taleyini həll edəcək olanlardır. Bu gün uşaqlar - sabah xalq. Bugünkü dünya böyüklərə məxsusdur və biz uşaqlara dinc, xoşbəxt dünya mirası qoymalıyıq. Uşaqlar planetimizin gələcəyidir”, deyə T.Əhmədova qeyd edib.

O, uşaqların problemlərinin heç vaxt Heydər Əliyev Fondunun diqqətindən yayınmadığını, bunun Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fondun əsas fəaliyyət istiqamətlərindən olduğunu vurğulayıb: "Fondun vitse-prezidenti və onun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva bütün ölkələrdə uşaqlara kömək etmək, onların həyatını daha parlaq və xoşbəxt etmək üçün nəzərdə tutulan istənilən layihəni daim dəstəkləyir”.

T. Əhmədova xatırladıb ki, “Bizim ev” Ailə Tərbiyəainə Yardım Mərkəzinin uşaqları Fondun dəvəti ilə Bakıya səfər edib, həmyaşıdları ilə tanış olub, əyləniblər. “Sevindirici haldır ki, ölkələrimizin və xalqlarımızın övladları dövlətin və cəmiyyətin etibarlı himayəsi altında bir-birinə qarşılıqlı hörmət şəraitində böyüyürlər. Dostluqda ən güclü və səmimi münasibətlər uşaqlıqda bağlanır. Bu gün uşaq dostluğu, sabah xalqlar dostluğudur”, - deyə Heydər Əliyev Fondunun nümayəndəsi fikrini yekunlaşdırıb.

“Bizim Ev” Ailə Tərbiyəsinə Yardım Mərkəzinin direktoru Vadim Menşov əməkdaşlığa görə Heydər Əliyev Fonduna və şəxsən Fondun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürünü bildirib: “Heydər Əliyev Fondunun əməkdaşları artıq bizim ailəmizin üzvləridir. Birgə proqramlarımız, layihələrimiz var, birlikdə uşaqların işlə təmin olunması ilə məşğul oluruq, artıq məzun olmuş məzunlara kömək edirik. Mən Fonda və şəxsən Leyla xanıma uşaqlarımıza qayğı göstərdiyinə görə təşəkkürümü bildirirəm”.

Tədbirin sonunda Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin əməkdaşları Mərkəzin şagirdlərinə Yeni il hədiyyələri paylayıblar.



Xəbəri paylaş

1137 dəfə oxunub.

Digər xəbərlər