Tarix: 07-04-2022 | Saat: 10:26
Bölmə:Karusel / Dünya | çapa göndər
Ukrayna Ali Radası növbəti plenar iclasında Buçada baş verən hadisələrin ukraynalıların soyqırımı kimi tanınması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət qəbul edəcək.
Qarabaginfo.az “Strana”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Radanın vitse-spikeri Aleksandr Kornienko açıqlayıb.
“Hazırda az sayda ölkə və ölkə parlamentləri Rusiyanın Ukraynada törətdiklərini soyqırımı adlandırır”, - deyə Kornienko söyləyib.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Buça şəhərini rusiyalı hərbçilərdən azad etdikdən sonra küçələrdə əlləri bağlı insan cəsədləri aşkarlanıb. Rusiya hərbi komandanlığı sözügedən şəhərdə ukraynalıların işgəncə, təcavüz və qətlə yetirilməsini “təxribat” adlandırıb. Rusiya tərəfi həmin cinayətləri neonasistlərin törətdiyini iddia edib.
Digər xəbərlər