Saytımızı qiymətləndirin


 
 

Səudiyyə Ərəbistanı hava limanının bağlanması ilə bağlı müddəti uzadıb
Tarix: 11-10-2026 | Saat: 18:49
Bölmə:Karusel / Dünya | çapa göndər

Səudiyyə Ərəbistanı hava limanının bağlanması ilə bağlı müddəti uzadıb

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanının fəaliyyəti raket hücumundan sonra dayandırılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Associated Press“ (AP) məlumat yayıb.

Oktyabrın 10-da hava limanına endirilən raket zərbəsi nəticəsində 12 nəfər ölüb, 300-dən çox insan yaralanıb.

Ölənlər arasında Səudiyyə Ərəbistanı, ABŞ, Banqladeş, Misir, Fələstin, İordaniya, Suriya və Sudan vətəndaşları var.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya hücuma görə Yəməndəki husiləri ittiham edib.

Hücumdan sonra hava limanının bağlanma müddəti oktyabrın 11-i saat 21:00-dək uzadılıb. Husilər isə Səudiyyə Ərəbistanının hava limanlarına yeni hücumlar barədə xəbərdarlıq ediblər.

Hadisə beynəlxalq ictimaiyyətin etirazına səbəb olub. BMT-nin Baş katibi Antonio Quterreş və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen hücumu pisləyiblər.

 

 



Xəbəri paylaş

7 dəfə oxunub.

Digər xəbərlər
24-07-2023, 12:46 Sabah yağış yağacaq