Saytımızı qiymətləndirin


 
 

“Azərbaycan Vətənpərvərlər” İB-nin sədri və əməkdaşı hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə həbs olunub
Tarix: 09-10-2026 | Saat: 13:09
Bölmə:Karusel / Kriminal | çapa göndər

“Azərbaycan Vətənpərvərlər” İB-nin sədri və əməkdaşı hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə həbs olunub

“Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin sədri Elvin Mahmudzadə və əməkdaşı Səbuhi Məmmədov həbs edilib.

Qarabaginfo.az-ın məlumatına görə, E.Mahmudzadə və S.Məmmədov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər.

Onlara qarşı Cinayət Məcəlləsinin 182.2.4 (hədə-qorxu ilə xeyli miqdarda pul və ya əmlak tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Hər iki şəxs barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.



Xəbəri paylaş

12 dəfə oxunub.

Digər xəbərlər