Saytımızı qiymətləndirin


 
 

Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb
Tarix: 09-10-2026 | Saat: 11:33
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Prezident İlham Əliyev

 

2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artaraq təxminən 8 milyon tona çatıb.
Qarabaginfo.az-ın xəbərə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

Dövlət başçısının sözlərinə görə, əlverişli coğrafi mövqeyə malik Azərbaycan müasir nəqliyyat-logistika infrastrukturunu demək olar ki, sıfırdan yaradıb.

“Azərbaycan Şimal–Cənub və Şərq–Qərb beynəlxalq dəhlizləri üzrə etibarlı tranziti təmin etməklə regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqeyini ardıcıl şəkildə möhkəmləndirir”, – Prezident İlham Əliyev vurğulayıb.



Xəbəri paylaş

10 dəfə oxunub.

Digər xəbərlər