Tarix: 16-12-2020 | Saat: 13:16
Bölmə:Karusel / Gündəm | çapa göndər
Ermənistan tərəfi son günlər haqqında daha çox danışılan Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndləri istiqamətindəki bir neçə postda itkin düşmüş hərbçilərlə bağlı məlumatları araşdırır.
Qarabaginfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu haqda Dağlıq Qarabağdakı separatçıların qərargahından bildirilib.
Qeyd eilib ki, dünən axşamdan həmin istiqamətindəki bir neçə postun şəxsi heyəti ilə əlaqə kəsilib.
“Dünən gecə naməlum şəraitdə onlarla əlaqə kəsildi. Axtarış işləri gecə boyunca və bu səhər davam etdirilib. Rusiya sülhməramlılarının vasitəçiliyi ilə həmin hərbilərin əsir götürülüb-götürülmədiyi araşdırılır”, - məlumatda deyilirr.
O da qeyd edilir ki, Köhnə Tağlar və Çaylaqqala kəndləri istiqamətindəki bir neçə postdan itkin düşmüş erməni silahlılarının 100-160 nəfər olduğu ehtimal edilir.
Azərbaycan tərəfinin olayla bağlı hələ ki rəsmi açıqlaması yoxdur...
Digər xəbərlər