Saytımızı qiymətləndirin


 
 

Hadruta köçürülmüş sakinlər arasında 100-dən artıq şəxsin məşğulluğu təmin edilib
Tarix: 09-10-2026 | Saat: 11:29
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Hadruta köçürülmüş sakinlər arasında 100-dən artıq şəxsin məşğulluğu təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Xocavənd rayonunun Hadrut qəsəbəsinə köçürülmüş sakinlərin məşğulluğunun təminatı istiqamətində tədbirlərini davam etdirir.

ƏƏSMN-dən Qarabaginfo.az-a verilən məlumata görə, həmin sakinlərdən artıq 108 şəxsin məşğulluğu təmin edilib.

"Həmçinin 3 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları qurulub. Hadrut qəsəbəsinə köçürülmüş sakinlərdən daha bir qrup şəxsin məşğulluğunun təmin edilməsi istiqamətində iş aparılır", - məlumatda qeyd edilib.



Xəbəri paylaş

9 dəfə oxunub.

Digər xəbərlər