Tarix: 09-10-2026 | Saat: 09:51
Bölmə:Karusel / Siyasət | çapa göndər
Türkmənistanın “Avaza” milli turizm zonasında MDB Dövlət Başçıları Şurasının növbəti iclası keçirilir.
İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edir.
Sədrlik və həmsədrlik MDB-də rotasiya və davamlılıq prinsiplərinə əsaslanan əsas idarəetmə mexanizmidir.
Sədrlik növbə ilə hər bir iştirakçı dövlətə ötürülür. Əlifba sırası ilə (ölkənin rus dilində adı ilə) həyata keçirilir və bir təqvim ili (1 yanvar - 31 dekabr) davam edir.
Sədrlik edən ölkə MDB-nin bütün cari fəaliyyətlərini əlaqələndirir, gündəliyi müəyyən edir və öz ərazisində əsas Zirvə görüşlərinə (Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası və s.) ev sahibliyi edir.
Həmsədrlik eyni vaxtda iki ölkə tərəfindən həyata keçirilir. Keçən il MDB-yə sədrlik edən və növbəti il sədrliyi öz üzərinə götürəcək ölkələr avtomatik olaraq həmsədr olurlar. Bu mexanizm davamlılığı təmin etmək məqsədilə işlərin rahat təhvil verilməsini təmin edir və çoxtərəfli tədbirlərin hazırlanması zamanı iş yükünün bölüşdürülməsinə kömək edir.
2026-cı ildə sədr Türkmənistan, həmsədrlər isə Tacikistan (2025-ci ildə sədr olmuşdur) və Özbəkistandır (2027-ci ildə sədr olacaq).
MDB Dövlət Başçıları Şurasının iclasının yekununda dövlət başçıları tərəfindən sənədlər imzalanacaq.
Digər xəbərlər



















