Saytımızı qiymətləndirin


 
 

Paşinyan: Almatı Bəyannaməsi Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olunmasında əsas rol oynayıb
Tarix: 09-10-2026 | Saat: 10:26
Bölmə:Karusel / Region | çapa göndər

 

Paşinyan Bakıya bu təklifi GÖNDƏRİB | Modern.az

Almatı Bəyannaməsi Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün bərqərar olunmasında əsas rol oynayıb.

Qarabaginfo.az-ın xəbərə görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

O bildirib ki, 2024-cü ildə Ermənistan və Azərbaycan iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnaməni imzalayıb və ratifikasiya ediblər.

Paşinyanın sözlərinə görə, Əsasnamə müstəqil Ermənistanla müstəqil Azərbaycan arasında imzalanmış ilk ikitərəfli hüquqi qüvvəyə malik sənəddir.

“Sənəddə təsbit olunub ki, Ermənistan və Azərbaycanın müvafiq komissiyaları iki ölkə arasında dövlət sərhədinin delimitasiyası prosesində əsas prinsip kimi Almatı Bəyannaməsini rəhbər tutacaqlar”, – Ermənistanın Baş naziri qeyd edib.

Nikol Paşinyan vurğulayıb ki, MDB-nin təməl sənədlərindən olan Almatı Bəyannaməsi Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında paraflanmış Sazişin mətnində də mühüm yer tutur.

Onun sözlərinə görə, Almatı Bəyannaməsi Sazişin preambulasında qeyd olunur.



Xəbəri paylaş

10 dəfə oxunub.

Digər xəbərlər