Saytımızı qiymətləndirin


 
 

Rumıniya taxıl ixracında Ukraynaya kömək edəcək
Tarix: 24-06-2022 | Saat: 23:02
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rumıniya taxıl ixracında Ukraynaya kömək edəcək

Rumıniya Ukrayna taxılının öz ərazisindən daşınmasını artırmaq və qlobal ərzaq təhlükəsini azaltmaq üçün addımlar atır.

Qarabaginfo.az xəbər verir ki, bunu Berlində qida təhlükəsizliyi üzrə beynəlxalq konfransda Rumıniyanın xarici işlər naziri Boqdan Auresku deyib.

Baş diplomatın sözlərinə görə, Rumıniya dünyadakı ərzaq böhranının qarşısını almaq üçün birbaşa dəstək göstərərək milli mexanizmlərdən istifadə edəcək.

Bu ölkə Ukrayna taxılını dəmir yolu, avtomobil yolu, dəniz və Dunay çayı boyunca qəbul edir.

“Müharibə başlayandan Qara dənizdə ən böyük liman olan Konstantsu Ukrayna taxılının dünyanın digər hissələrinə göndərilməsi üçün əsas qapıya çevrilib. Biz Konstantsunu Avropa səviyyəsində qida mərkəzinə çevirmək onun yükdaşıma qabiliyyətini artırmaq üçün çalışırıq”, - deyə Auresku bildirib.

Nazir keçən il limandan rekord həddə - 25 milyon tondan çox taxıl keçdiyini bildirib.

Onun sözlərinə görə, Rumıniya ərazisindən Ukrayna taxılının daşınması imkanlarının artırılması istiqamətində çoxtərəfli işlər aparılır.

Bu məqsədlə Ukraynadan Rumıniyanın Dunay üzərindəki Qalati limanına gedən dəmir yolunun modernləşdirilməsinə başlanılıb, ikitərəfli nəqliyyat, o cümlədən avtomobil nəqliyyatı genişləndirilib.



Xəbəri paylaş

1218 dəfə oxunub.

Digər xəbərlər