Saytımızı qiymətləndirin


 
 

Ukraynada iki qatar toqquşub, xəsarət alanlar var
Tarix: 09-10-2026 | Saat: 08:22
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukraynada iki qatar toqquşub, xəsarət alanlar var

Ukraynanın Lvov şəhərində iki qatar toqquşub.

Qarabaginfo.az xəbər verir ki, hadisə oktyabrın 8-də Podzamçe stansiyasından yola düşən “Lvov-Sokal” marşrutu üzrə hərəkət edən dizel qatarının elektrovozla toqquşması nəticəsində baş verib.

“Məlumata görə, qəza zamanı dizel qatarının maşinisti ayağından xəsarət alıb. Daha dörd sərnişinə isə tibbi yardım göstərilib. Elektrovozun maşinistləri xəsarət almayıb.

Hadisə yerinə dəmir yolunun mütəxəssisləri və xüsusi xidmətlərin əməkdaşları cəlb olunub. Onlar toqquşmanın səbəblərini və digər halları araşdırırlar.

Hadisə zamanı ümumilikdə səkkiz nəfərin xəsarət aldığı bildirilir. Onlardan beşi xəstəxanaya yerləşdirilib, üç nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.



Xəbəri paylaş

48 dəfə oxunub.

Digər xəbərlər