Saytımızı qiymətləndirin


 
 

Maduro və həyat yoldaşına yeni ittihamlar irəli sürülüb
Tarix: 09-10-2026 | Saat: 08:23
Bölmə:Karusel / Dünya | çapa göndər

Maduro və həyat yoldaşına yeni ittihamlar irəli sürülüb

ABŞ-da həbsdə saxlanılan Venesuelanın sabiq prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresə qarşı yeni ittihamlar irəli sürülüb.

Qarabaginfo.az xəbər verir ki, ABŞ prokurorları onları işgəncə cinayətlərinin törədilməsi məqsədilə sui-qəsddə iştirak etməkdə ittiham edirlər.

İttiham aktında Venesuela hökumətinin nəzarətində saxlanılan ABŞ vətəndaşlarına işgəncə verildiyi, bu əməllər arasında elektrik cərəyanı ilə işgəncə və cinsi zorakılığın da olduğu iddia edilir.

Yeni ittihamlar Maduroya qarşı əvvəllər irəli sürülmüş narkotik qaçaqmalçılığı və silah cinayətləri ilə bağlı ittihamlara əlavə olunub.

Qeyd edək ki, Maduro və Flores əvvəlki ittihamlar üzrə təqsirlərini qəbul etməyiblər.



Xəbəri paylaş

52 dəfə oxunub.

Digər xəbərlər