Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Maduro və həyat yoldaşına yeni ittihamlar irəli sürülüb
Ana Sayfa > Karusel / Dünya > Maduro və həyat yoldaşına yeni ittihamlar irəli sürülüb

Maduro və həyat yoldaşına yeni ittihamlar irəli sürülüb


Bu gün, 08:23. Yazar: Admin

Maduro və həyat yoldaşına yeni ittihamlar irəli sürülüb

ABŞ-da həbsdə saxlanılan Venesuelanın sabiq prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresə qarşı yeni ittihamlar irəli sürülüb.

Qarabaginfo.az xəbər verir ki, ABŞ prokurorları onları işgəncə cinayətlərinin törədilməsi məqsədilə sui-qəsddə iştirak etməkdə ittiham edirlər.

İttiham aktında Venesuela hökumətinin nəzarətində saxlanılan ABŞ vətəndaşlarına işgəncə verildiyi, bu əməllər arasında elektrik cərəyanı ilə işgəncə və cinsi zorakılığın da olduğu iddia edilir.

Yeni ittihamlar Maduroya qarşı əvvəllər irəli sürülmüş narkotik qaçaqmalçılığı və silah cinayətləri ilə bağlı ittihamlara əlavə olunub.

Qeyd edək ki, Maduro və Flores əvvəlki ittihamlar üzrə təqsirlərini qəbul etməyiblər.


Geri dön