Saytımızı qiymətləndirin


 
 

Zəngəzur dəhlizi TDT-nin 13-cü Zirvə görüşündə müzakirə olunacaq
Tarix: 09-10-2026 | Saat: 08:03
Bölmə:Karusel / Region / İqtisadiyyat | çapa göndər

Zəngəzur dəhlizi TDT-nin 13-cü Zirvə görüşündə müzakirə olunacaq

Zəngəzur dəhlizi Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə görüşündə müzakirə olunacaq.

Qarabaginfo.az xəbər verir ki, bunu APA-nın Türkiyə bürosuna açıqlamasında Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

Nazir bildirib ki, TDT-nin 13-cü Zirvə görüşünün nəqliyyat məsələləri üzrə gündəliyi hazırlanır.

“Türk dövlətləri bir araya gəldikdə nəqliyyat infrastrukturu məsələlərinin gündəmdə olmaması mümkün deyil. Bu baxımdan, Orta Dəhlizdən İnkişaf Yoluna qədər bütün məsələlər müzakirə olunacaq. Zəngəzur dəhlizinin açılması üçün Türkiyə üzərinə düşən işləri həyata keçirir, Azərbaycanda da işlər davam edir. Zəngəzur dəhlizinin tamamlanması ilə bütün çatışmazlıqlar aradan qaldırılacaq”, - Uraloğlu bildirib.



Xəbəri paylaş

47 dəfə oxunub.

Digər xəbərlər