Saytımızı qiymətləndirin


 
 

Astara Terminalında yük aşırmaları 33% artıb
Tarix: 09-10-2026 | Saat: 13:10
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Astara Terminalında yük aşırmaları 33% artıb

2026-cı ilin yanvar-sentyabr aylarında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İran ərazisində yerləşən Astara Terminalında 631 min tondan çox yük aşırılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” məlumat yayıb.

Məlumata görə, hesabat dövründə terminalda aşırılan yüklərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33% artıb.

Təkcə 2026-cı ilin sentyabr ayında Astara Terminalında 93 min tondan çox yük aşırılıb ki, bu da ötən ilin eyni ayının göstəricisindən 52% çoxdur.



Xəbəri paylaş

11 dəfə oxunub.

Digər xəbərlər