Saytımızı qiymətləndirin


 
 

"Azərenerji" bu il 23 enerji obyektini istismara verib - FOTO - VİDEO
Tarix: 30-12-2021 | Saat: 10:55
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər

 

"Azərenerji" bu il 23 enerji obyektini istismara verib - FOTO - VİDEO

 2021-ci ildə “Azərenerji” ASC-nin 23 elektrik stansiya və yarımstansiyası tikilib və ya yenidən qurularaq istismara verilib.

“Azərenerji”dən Qarabaginfo.az-a verilən məlumata görə, ölkənin ən böyük yarımstansiyası olan 500 kilovoltluq “Abşeron” yarımstansiyası, həmçinin, strateji əhəmiyyətli 220 kilovoltluq “Xırdalan” və “Hövsan”, o cümlədən sistem əhəmiyyətli 110 kilovoltluq “Binəqədi”, “Xırdalan-2”, “Maştağa”, “Suraxanı” yarımstansiyaları yenidənqurmadan sonra cənab Prezidentin iştirakı ilə istismara verilib.

Məlumata görtə, Prezident İlham Əliyevin iştirakı ilə “Sumqayıt” Elektrik Stansiyasının əsaslı təmiri, yeni estakada nasos stansiyasının istismara verilməsi ilə 2018-2021-ci illəri əhatə edən Enerjisistemin Reabilitasiya Proqramı başa çatıb. 2021-ci ildə Enerjisistemin Yeni SCADA proqramı istifadəyə verilib, tikilməkdə olan 330 kilovoltluq yarımstansiya, 385 meqavatlıq elektrik stansiyasından ibarət “Qobu” Enerji Qovşağında işlər yekunlaşıb. Nəhayət, 2021-ci ildə işğaldan azad olunmuş ərazilərdə 13 enerji obyekti tikilib və yenidən qurulub.

“Laçındakı “Güləbird” SES, “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub, “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasında işlər tamamlanıb. Azad olunmuş ərazilərdə 110/35/10 kV-luq 9 rəqəmsal yarımstansiya tikilib. Mayın 12-də “Şuşa”, iyunun 14-də “Füzuli” və “Şükürbəyli”, avqustun 16-da “Kəlbəcər”, oktyabrın 4-də “Cəbrayıl”, oktyabrın 20-də “Zəngilan”, oktyabrın 25-də isə “Qubadlı” yarımstansiyalarının cənab Prezidentin iştirakı ilə açılışı olub. Ağdam rayonunda iki yerdə inşa edilən 110/35/10 kV-luq “Ağdam-1”, “Ağdam-2” yarımstansiyalarının, o cümlədən “Qarabağ” Regional Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi yekunlaşıb”, - məlumatda bildirilir.

Azad olunmuş ərazilərdə ümumi uzunluğu 365 km məsafədə iki dövrəli olmaqla 10 istiqamətdə yüksək gərginlikli 110 kilovoltluq elektrik verilişi xətti çəkilib.



Xəbəri paylaş

1521 dəfə oxunub.

Digər xəbərlər