Tarix: 11-10-2026 | Saat: 19:24
Bölmə:Karusel / Dünya | çapa göndər
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Səudiyyə Ərəbistanının Yəməndəki “Ənsar Allah” (husilər) hərəkatına endirdiyi zərbələrə qoşula biləcəyini istisna etməyib.
Qarabaginfo.az “The Sun” qəzetinə istinadən xəbər verir ki, Ağ Ev rəhbəri müvafiq sualı cavablandırarkən Vaşinqtonun bu imkanı nəzərdən keçirdiyini bildirib.
Tramp son raket hücumundan dərhal xəbər tutduqlarını vurğulayıb:
“Mümkündür. Biz bu məsələyə baxacağıq. Son hücum haqqında yeni öyrəndik. Tezliklə qərar verəcəyik, biz çox sürətli hərəkət edirik”.
Xatırladaq ki, bundan əvvəl Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi Ər-Riyad beynəlxalq hava limanına raket hücumu nəticəsində 309 nəfərin xəsarət aldığını bəyan edib. Husilərə qarşı mübarizə aparan ərəb koalisiyasının nümayəndəsi Türki əl-Maliki hücumda husiləri ittiham edərək bu addımın cavabsız qalmayacağını açıqlayıb.
Xatırladaq ki, bölgədə gərginlik iyulun ortalarında Yəmənin hökumət qüvvələrinin İrandan gələn husi nümayəndə heyətinin təyyarəsi enərkən Səna hava limanına hücum etməsindən sonra yenidən alovlanıb.
Digər xəbərlər




















