Saytımızı qiymətləndirin


 
 

İranda güclü zəlzələ oldu
Tarix: 22-02-2023 | Saat: 10:17
Bölmə:Karusel / Region | çapa göndər

İranda güclü zəlzələ oldu

İranın Fars ostanının Laristan şəhristanında 5,5 maqnitudalı zəlzələ olub.

Qarabaginfo.az IRNA-ya istinadən xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutu məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 11 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 05:11-də qeydə alınıb.

Dağıntılar və tələfat barədə məlumat verilməyib.

Xatırladaq ki, fevralın 21-də İranın eyni bölgəsində 5,3 maqnitudalı zəlzələ olub.



Xəbəri paylaş

188 dəfə oxunub.

Digər xəbərlər