Saytımızı qiymətləndirin


 
 

Səudiyyə Ərəbistanında hava limanına raket hücumu nəticəsində 12 nəfər ölüb, 309 nəfər yaralanıb
Tarix: 11-10-2026 | Saat: 11:00
Bölmə:Karusel / Dünya | çapa göndər

Səudiyyə Ərəbistanında hava limanına raket hücumu nəticəsində 12 nəfər ölüb, 309 nəfər yaralanıb - YENİLƏNİB

Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına raket hücumu nəticəsində 12 nəfər ölüb, 309 nəfər yaralanıb.

Qarabaginfo.az xəbər verir ki, məlumata görə, husilərin atdığı raket hava limanının 3 saylı terminalının yaxınlığına düşüb.

Daha bir mərmi isə ölkənin şərqində yerləşən Dammam şəhərindəki hava limanının yaxınlığına düşüb.

Hücum nəticəsində həlak olanların 4-ü Səudiyyə Ərəbistanı vətəndaşı, 8-i isə ölkədə yaşayan əcnəbilərdir.

Həlak olan əcnəbilərdən ikisinin Banqladeş, digərlərinin isə ABŞ, Misir, İordaniya, Suriya, Fələstin və Sudan vətəndaşları olduğu qeyd edilib.



Xəbəri paylaş

46 dəfə oxunub.

Digər xəbərlər