Saytımızı qiymətləndirin


 
 

Rusiya dizel yanacağının ixracına qoyulan qadağanı qismən aradan qaldırıb
Tarix: 11-10-2026 | Saat: 10:54
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiya dizel yanacağının ixracına qoyulan qadağanı qismən aradan qaldırıb

 Rusiya hökuməti prezidentlər Vladimir Putin və Donald Tramp arasında əldə olunmuş razılaşmaların icrası çərçivəsində dizel yanacağının ixracına qoyulan qadağanı qismən ləğv edib.

TASS-ın hökumətə istinadən verdiyi məlumata görə, qərar oktyabrın 10-dan qüvvəyə minib və ilkin mərhələdə dünya bazarına 500 min ton dizel yanacağının çıxarılmasına imkan verəcək.

Qərara əsasən, Rusiya neft şirkətləri hökumətlə razılaşdırmaqla xarici tərəfdaşlarla dizel yanacağının tədarükünə dair müqavilələrin bağlanmasına dərhal başlayacaqlar.

Rusiyanın baş nazirinin müavini Aleksandr Novak bildirib ki, bu qərar ölkə daxilindəki istehlakçıların maraqlarına təsir göstərməyəcək.



Xəbəri paylaş

22 dəfə oxunub.

Digər xəbərlər
11-10-2021, 16:08 Paşinyan Rusiyaya gedir