Saytımızı qiymətləndirin


 
 

Laçın postunda gərginlik: “Silahlı güc tətbiqini istisna etmirəm” 
Tarix: 28-07-2023 | Saat: 13:20
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Laçın postunda gərginlik: “Silahlı güc tətbiqini istisna etmirəm” 

“Ermənilərin Qarabağa göndərdikləri “humanitar yük” ideoloji təbliğat məqsədi daşıyan bir təxribatdır”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycanın sabiq XİN rəhbəri Tofiq Zülfüqarov deyib.

Eks-nazir 72 saata yaxındır Ermənistan-Azərbaycan sərhədində dayanan 19 maşından ibarət 400 tonluq “humanitar yük”lərin bölgəyə göndərilmə məqsədindən söz açıb.

Xatırladaq ki, Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyi 400 tonluq yükə nələrin daxil olduğunu açıqlayıb. Qurumdan verilən məlumatda qeyd olunub ki, Xankəndiyə göndərilən “humanitar yük”ə 60 ton şəkər, 40 ton yağ, 100 ton un, 80 ton makaron, 20 ton duz, 40 ton süd tozu, 12 ton uşaq qidası və 9 ton dərman və digər vasitələr daxildir.

T. Zülfüqarov isə söyləyib ki, bu məsələdə 2 nüans özünü büruzə verir:

“Birinci mövzu onunla bağlıdır ki, Azərbaycanın aldığı qərara görə, – hansı ki, bu, onun suveren hüququdur – istənilən humanitar yardım, ilk növbədə, Azərbaycan hökuməti ilə razılaşdırılamlıdır. Lakin İrəvandan razılığın alınması ilə bağlı cəhdlər olmayıb.

İkinci mövzu isə onunla bağlıdır ki, Azərbaycan tərəfi istənilən yüklərin Ağdam-Xankəndi bölgəyə daxil olması qərarına gəlib. Lakin istisna hal kimi rəsmi Bakı yüklərin Qarabağa keçməsinə icazə verəcək, amma Ağdam tərəfdən. Gələcək hadisələri belə görürəm”.

“O ki qaldı digər təxribatlara, bunu istisna etmək olmaz. Amma həm hüquq, həm də güc və imkan baxımından Azərbaycanın üstünlüyü açıq-aydın sezilir. Əgər kimsə sərhədimizi pozsa, təbii ki, qanunlar çərçivəsində ona qarşı lazımi tədbirlər görüləcək, o cümlədən də silahlı güc tətbiqini istisna etmirəm. Biz bu məsələlərin hamısına hazırıq. Kim istəyir, buyursun, bizim siyasi iradəmizi sınaqdan keçirsin. Mən burada bir problem görmürəm”, – müsahibimiz fikirlərini tamamlayıb.



Xəbəri paylaş

194 dəfə oxunub.

Digər xəbərlər