Tarix: 25-05-2023 | Saat: 11:31
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Media subyektləri ilə cəmiyyət və dövlət arasında münasibətlərin tənzimlənməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq, medianın fəaliyyətinə mane olan problemlərin həllinə dair təklifləri dövlət və yerli özünüidarəetmə orqanlarına təqdim etmək Media Agentliyinin daim diqqətdə saxladığı məsələlərdəndir".
Qarabaqinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Femida Dialoq Platforması üzrə media nümayəndələri ilə görüşdə deyib.
Agentlik rəhbəri bildirib ki, media subyektlərinin inkişafı üçün əlverişli şəraitin yaradılması ölkəmizdə plüralizmin, fikir və söz azadlığının təmin edilməsinin bariz sübutudur.
"Media sahəsində islahatların əsas məqsədi media mühitinin sağlamlaşdırılması və keyfiyyətli xəbər istehsalını dəstəklənməkdir", - Əhməd İsmayılov bildirib.
Digər xəbərlər