Saytımızı qiymətləndirin


 
 

Zelenski: Trampın nümayəndələrinin Ukraynaya səfəri gözlənilir
Tarix: 08-05-2026 | Saat: 15:26
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukrayna Prezidenti Volodimir Zelenski

 

Razılaşmaların təhlükəsizliyi təmin edə biləcək detalları üzərində işləyirik.

Qarabaginfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovun ABŞ-da apardığı danışıqların yekunları ilə bağlı “Telegram”da bildirib.

“Razılaşmaların təhlükəsizliyi təmin edə biləcək detalları üzərində işləyirik. Əsas odur ki, konstruktivlik var və sülhə doğru irəliləmək, Ukraynanı və ABŞ-la ikitərəfli münasibətləri gücləndirmək lazımdır”, – Ukrayna Prezidenti vurğulayıb.

O əlavə edib ki, görüşlərdə humanitar məsələlər, xüsusilə də hərbi əsirlərin mübadiləsinin davam etdirilməsi müzakirə olunub.

Zelenski, həmçinin ABŞ nümayəndə heyətinin Ukraynaya səfərini qrafikini razılaşdırdıqlarını qeyd edib.

“Danışıqlar məzmunlu keçib. Lazımi səfərlərin qrafikini razılaşdırırıq və ABŞ Prezidentinin nümayəndələrini yazla yay arasında Kiyevdə gözləyirik. Ümid edirik ki, bu dəfə planları həyata keçirmək və diplomatiyanı aktivləşdirmək mümkün olacaq”.



Xəbəri paylaş

37 dəfə oxunub.

Digər xəbərlər