Saytımızı qiymətləndirin


 
 

ABŞ-da qasırğa nəticəsində 2 nəfər ölüb, 800 mindən çox insan işıqsız qalıb
Tarix: 10-10-2026 | Saat: 21:15
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ-da qasırğa nəticəsində 2 nəfər ölüb, 800 mindən çox insan işıqsız qalıb

ABŞ-ın cənub ştatlarında təsirini davam etdirən “İsaias” qasırğası nəticəsində iki nəfər ölüb, 800 mindən çox insan elektrik enerjisiz qalıb.

Qarabaginfo.az xəbər verir ki, meteoroloqlar qasırğanın oktyabrın 9-da gecə saatlarında Florida ştatının Destin şəhəri yaxınlığında saatda təxminən 170 kilometr sürətlə sahilə çatdığını bildiriblər.

İkinci kateqoriyalı qasırğa daha sonra Alabama istiqamətində hərəkət edərək zəifləyib və tropikdənkənar siklona çevrilib.

Qasırğa Florida, Alabama və Corciya ştatlarında elektrik təchizatında ciddi fasilələrə səbəb olub. Alabama ştatının Birmingem şəhərində ağacın evin üzərinə aşması nəticəsində bir nəfər ölüb. Florida ştatının Eskambiya bölgəsində də oxşar hadisə nəticəsində bir nəfərin həyatını itirdiyi təsdiqlənib.

Meteoroloqlar bölgədə bəzi yerlərdə yağıntının 38 santimetrə çatacağını proqnozlaşdıraraq, sakinlərə tornado, güclü külək və intensiv yağış təhlükəsi barədə xəbərdarlıq ediblər.



Xəbəri paylaş

9 dəfə oxunub.

Digər xəbərlər